"Keşlə" bu ilə darmadağınla başladı

Bu gün "Keşlə" qış fasiləsində ilk yoxlama matçını keçirib. Newsport.az xəbər verir ki, Tərlan Əhmədovun komandası bu il ilk görüşündə I Divizion təmsilçisi "Qaradağ Lokbatan"la qarşılaşıb.

"Türk Hava Yolları Futbol Mərkəzi"ndə ("Neftçi"nin bazası) keçirilən matç Premyer Liqa təmsilçisinin darmadağını ilə nəticələnib - 4:0. "Keşlə"dən qolları Nikola Mitroviç, Vüsal İsgəndərli, Seymur Əsədov və Andre Klennon vurub.

Qeyd edək ki, "Qaradağ Lökbatan" digər yüksək liqa təmsilçisi "Qəbələ"ylə yanvarın 12-də Biləcəri Futbol Mərkəzində qüvvəsini sınayacaq.  





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right