“Kəpəz”in ilk rəqibləri müəyyənləşdi

Gəncədə təlim-məşq toplanışına başlayan “Kəpəz”in hazırlıq dövründə keçirəcəyi yoxlama görüşlərindəki rəqiblərdən ikisi məlum olub. Newsport.az xəbər verir ki, “sarı-göylər” 1-ci divizionun təmsilçiləri ilə qarşılaşacaq.

Komanda ilk olaraq “Turan Tovuz” ilə üz-üzə gələcək. Oyun yanvarın 14-də Tovuzda keçiriləcək. 


“Kəpəz”in digər rəqibi isə “Ağsu” olacaq.  Sonuncuların meydanında reallaşacaq bu matçın tarixi hələ dəqiqləşməyib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right