"Qarabağ"ın Antalyada üçüncü günü

"Qarabağ" Antalyada qış təlim-məşq toplanışını davam etdirir.

Newsport.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, komanda hazırlığın üçüncü gününü iki məşqlə tamamlayıb. Səhər məşqi yerli vaxtla 11:00-da başlayıb və futbolçular laktat testindən keçib. Bu testin əsas mahiyyəti futbolçuların fiziki durumunu yoxlamaqdan ibarətdir.

Günün ikinci məşqi isə yerli vaxtla 17:30-da start götürüb. Futbolçular isinmə hərəkətlərinin ardından toplu çalışmaları yerinə yetirib.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right