"Sabah" 25 yaşlı hücumçudan imtina etdi

Türkiyədə təlim-məşq toplanışında olan "Sabah" hücum xəttinə axtarışları davam etdirir.

Newsport.az-ın məlumatına görə, baxışa dəvət olunan Anqola yığmasının forvardı Aleksandr Krostovao ötən gün düşərgədən göndərilib. Polşanın "Zaqlebie" klubundan ayrılan 25 yaşlı futbolçu "Sabah"da özünü göstərə bilməyib. Baş məşqçi Elşad Əhmədov anqolanı yoxlama görüşündə sınamağı düşünməyib və forvard yola salınıb.

Qeyd edək ki, "Sabah" "Neftçi"dən Rəşad Eyubovu və "Qəbələ"dən Təmkin Xəlilzadəni transfer edib. Paytaxt klubunu Vitali Kvaşuk, Əlibəy Məmmədli, Elvin Bədəlov, Aydın Bayramov, Tural Qürbətov və Ülvi İbazadətərk edib.

 
 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right