Orxan Sadıqlı: "Adlarını mömin qoyublar, ancaq futbolçunun puluna qarışırlar"

"Zaur Axundovdan heç bir narazılığım yoxdur. Ona minnətdaram, çox sağ olsun. "Keşlə"də bəzi məşqçilər var, adlarını mömin qoyublar, ancaq futbolçunun puluna qarışırlar. "Keşlə" ilə müqaviləni xitam etməyə ona görə razılaşdım ki, məşqçi əgər məvacibimə qarışırsa, oynamaqdansa, elə futbolsuz qalsam, yaxşıdır".

Newsport.az-ın məlumatına görə, bu sözləri "Keşlə"dən ayrılan Orxan Sadıqlı deyib. 25 yaşlı qolkiper ayrılmasının səbəblərini açıqlayıb:

"Dünən görüşdük və razılaşdıq. Gərək, futbolda kiməsə ürəkdən inanmayasan. "Xəzər Lənkəran"da 1,5 il pul-parasız futbol oynamışam. Bunu heç vaxt açıqlamamışdım, ilk dəfə söylədim. Mənə deyirlər ki, əvəzedicilərdə gəlib 500 manata oynayarsan. Deməli, mənə qarşı nəsə fikirləşirlər. Normal düşüncəsi olan insan bu sözü mənə deməz. Orada yalnız Zaur Axundova təşəkkür edirəm. Başqa heç kimə "çox sağ ol" düşmür".

Qeyd edək ki, "Xəzər Lənkəran"ın yetirməsi mövsümün ilk yarısını icarə əsasında "Sumqayıt"da keçirib.

Sportal.az





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right