"Zirə"nin daha bir rəqibi müəyyənləşdi

"Zirə"nin daha bir rəqibi müəyyənləşib.

Newsport.az-ın Bolqarıstan mətbuatına istinadən yaydığı xəbərə görə,  ayın 12-də Türkiyənin Antalya şəhərinə yollanacaq komanda "Septemvri" klubu ilə qarşılaşacaq. Sofiya təmsilçisi ilə görüş yanvarın 26-ı keçiriləcək.

Qeyd edək ki, 4 yoxlama oyunu planlaşdıran "qartallar” ayın 15-də “Taraz” (Qazaxıstan), 18-də isə “Konkordiya” (Rumıniya) ilə qarşılaşacaq. Son rəqibi hələlik məlum olmayan komanda yanvarın 27-də toplanışı yekunlaşdırıb vətənə qayıdacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right