Millimizin Türkiyədəki rəqibləri bəlli oldu

Avropa çempionatının elit-raunduna hazırlıq məqsədilə təlim-məşq toplanışlarına qatılacaq U-19 millisinin rəqibləri müəyyənləşib. 

Newsport.az xəbər verir ki, yığma Türkiyə toplanışı müddətində 4 yoxlama oyunu keçirəcək.

Milli yanvarın 21-də Rusiya "Krasnodar"ının 3-cü komandası, yanvarın 24-də Küveytin U-19 yığması, yanvarın 30-da Moskva "Dinamo"sunun əvəzediciləri ilə üz-üzə gələcək. Yanvarın 27-dəki rəqib isə hələlik bəlli deyil. 

Fevralda İspaniyada nəzərdə tutulan hazırlıq prosesindəki rəqiblərə gəlincə, Azərbaycan yığması fevralın 12-də İspaniyadan olan həmyaşıdları, fevralın 14-də yerli "Mursiya"nın U-18 komandası, fevralın 17-də Şotlandiyanın eyni yaş qrupu üzrə millisi ilə qarşılaşacaq.  

Avropa çempionatının elit-raundu üçün hazırlıqlar yanvarın 12-də Bakıda başlanacaq. Türkiyə toplanışı 19 - 31 yanvarda, İspaniya təlimləri isə 10 - 18 fevralda olacaq.  

Azərbaycanın U-19 yığması Rusiyada təşkil olunacaq Avropa çempionatının elit-raund mərhələsində martın 20-də meydan sahibləri, martın 23-də İrlandiya, martın 26-da Rumıniya ilə qarşılaşacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right