Şehiç "Qarabağ"ın düşərgəsində Foto

“Qarabağ”ın sabiq qapıçısı İbrahim Şehiç Ağdam klubunu ziyarət edib.
 
Newsport.az xəbər verir ki, hazırda Türkiyənin “Ərzurumspor” klubunda çıxış edən bosniyalı qolkiper  Antalyada təlim-məşq toplanışı keçən  komandanın düşərgəsində olub.
 
O, bu barədə şəxsi Feysbuk səhifəsində paylaşım edib. 30 yaşlı qapıçı Rəşad Sadıqov, Ansi Aqolli və Yakub Jezniçakla şəkillərini paylaşaraq “Mənim sevimli qardaşlarım” yazıb. 
 
Qeyd edək ki, 2013-cü ildən 2018-ci ilin mayına kimi  "Qarabağ"da çıxış edən Şehiç yayda "Ərzurumspor"a keçib.
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right