“Kəpəz” 2-ci dövrə üçün hazırlığa başladı

“Kəpəz”in əsas komandası üçün qış fasiləsi başa çatıb. Newsport.az xəbər verir ki, bu gün “sarı-göylər” çempionatın 2-ci dövrəsi ilə bağlı hazırlığa start verib. 

“Kəpəz” toplanışın ilk hissəsini doğma şəhərdə keçirəcək. Komanda Gəncə ilə yanaşı, Şəmkir və Göygöl Olimpiya İdman Komplekslərinin xidmətlərindən də yararlanacaq.

Birinci mərhələ əsasən bərpaedici və fiziki yöndə çalışmalar üzərində qurulub. “Kəpəz” hazırlığın ikinci mərhələsini paytaxtda keçirmək niyyətindədi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right