Qurbanov 6, Bordin 1 pillə gerilədi

Məşqçilərin 2019-cu ildə ilk reytinq siyahısı açıqlanıb. Newsport.az xəbər verir ki, hər həftə açıqlanan cədvəldə Topaz Premyer Liqası 2 mütəxəssislə təmsil olunub.

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov 6 pillə geriləyib. 47 yaşlı mütəxəssis 1073 xalla 466-cı sırada qərarlaşıb.

“Neftçi”nin italiyalı baş məşqçisi Roberto Bordin də son bir həftədə geriləyib. 1 addım aşağı yuvarlanan mütəxəssis 123 xalla 962-ci yerdədi.

Qeyd edək ki, cədvələ “Barselona”nın baş məşqçisi Ernesto Valverde başçılıq edir – 14 min 990 xal.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right