"Neftçi"nin son rəqibi bilindi

Yanvarın 13-dən 27-dək Türkiyənin Antalya şəhərindəki Manavqat bölgəsində yerləşən "The Sense De Luxe” otelində məskunlaşacaq "Neftçi”nin təlim-məşq toplanışındakı sonuncu rəqibi müəyyənləşib. Newsport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, akılılar Bolqarıstan təmsilçisi "Beroe” ilə qarşılaşacaq.

Görüş yanvarın 26-na təsadüf edəcək.

Bu gündən bir araya gələcək "ağ-qaralar” ayın 13-dək Bakıda toplanış keçəcək. Komanda yanvarın 18-də "Qaz Metan” (Mediaş, Rumıniya), 23-də isə "Slovan”la (Liberes, Çexiya) yoxlama oyunu keçirəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right