Azərbaycan millisinin üzvləri “Beşiktaş”ın əsas komandasında

“Beşiktaş”ın Antalyada yanvarın 14-dək davam edəcək təlim-məşq toplanışında iştirak edəcəyi heyəti müəyyənləşib. Newsport.az xəbər verir ki, baş məşqçi Şenol Günəş aşağı yaş qruplarından 12 futbolçunu da heyətə daxil edib. 
 
Onların içində Azərbaycan yığmasının üzvləri Ege Atlam və Hüseyn Seyliğli də var. 
 
17 yaşlılardan ibarət Azərbaycan yığmasının heyətində 2016-cı ildə Bakıda keçirilən Avropa çempionatında iştirak edən hər iki futbolçu U-21 millimizdə də oynayıb.  
 
Qeyd edək ki, Ege Atlam və Hüseyn Seyliğli mövsümün geridə qalan hissəsini “Beşiktaş”ın U-21 komandasında keçiriblər. 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right