"Neftçi" gözlənilən transferini rəsmiləşdirdi

"Neftçi” daha bir transferi rəsmiləşdirib. Newsport.az xəbər verir ki, "ağ-qaralar" Aqil Məmmədovla 1,5 illik müqavilə bağlayıb.

29 yaşlı qolkiper komandanın heyətində 30 nömrəli formanı geyinəcək.

Bunadək "Bakı”, AZAL, "Qəbələ” klublarında çıxış etmiş Məmmədov 2015-2016-cı illərdə "Neftçi”nin qapısını qoruyub. O, Azərbaycan milli və 21 yaşadək futbolçulardan ibarət yığma komandasının üzvü olub.

Qeyd edək ki, "Neftçi" bundan əvvəl mərkəz yarımmüdafiəçiləri – qvineyalı Mamadu Kane və həmyerlimiz Turan Vəlizadə ilə 3, seneqallı mərkəz müdafiəçisi Mamadu Mbodj ilə 2,5 illik müqavilə bağlanmışdı.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right