Səmədov millimizin futbolçusuyla komanda yoldaşı olacaq

Rusiyanın "Spartak" klubunun yollarını ayırdığı Aleksandr Səmədov Premyer Liqanın autsayderi "Krılya Sovetov"a keçəcək. Newsport.az xəbər verir ki, bu haqda Samara klubunun rəsmisi Aleksandr Şikunov açıqlama verib.

O, 34 yaşlı yarımmüdafiəçi ilə bütün məsələlərdə razılığa gəlindiyini bildirib: "Hər iki tərəfin birgə işləmək istəyi var. Demək olar ki, bütün məsələlərdə anlaşdıq. Məsələ elan etdiyimiz vaxt rəsmiləşəcək. Lakin indidən demək olar ki danışıqları uğurla apardıq". 

Səmədovun "Krılya Sovetov"a keçidi rəsmiləşsə, o, soydaşı, millimizin hücumçusu Ramil Şeydayevlə komanda yoldaşı olacaq. 

Qeyd edək ki, "Krılya Sovetov" 16 turdan sonra 13-cü pillədə qərarlaşıb. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right