"Sabah"dan ayrılan futbolçu "Sumqayıt"da

Rəşad Əzizli və Adil Nağıyevin ardınca “Sumqayıt” dövrələrarası fasilədə növbəti transferini reallaşdırıb.

Newsport.az-ın məlumatına görə, son olaraq “Sabah”ın şərəfini qoruyan qapıçı Aydın Bayramov "gənlik şəhəri" təmsilçisiylə müqavilə imzalayıb. 1,5 illik sözləşməyə imza atan 1996-cı il təvəllüdlü futbolçu “Sumqayıt”da 13 nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, Aydın Bayramov futbolçu karyerası ərzində “Rəvan”, MOİK və “Sabah” klublarının uğurları üçün çalışıb. Aydın həmçinin 21 yaşadək futbolçulardan ibarət milli komandaya da cəlb olunub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right