Məşhur baş məşqçi millimizdən imtina etdi

AFFA milli komandaya baş məşqçi axtarışını davam etdirir.

Newsport.az-ın məlumatına görə, yığmamızın sabiq çalışdırıcısı, hazırda Bosniya və Hersqovinanın baş məşqçisi olan Robert Prosineçki AFFA-ya Slaven Biliçi məsləhət görüb. Səudiyyə Ərəbistanının "Əl İttihad" klubunda çalışan xorvatiyalı mütəxəssis isə millimizdə işləməkdən imtina edib. O, müqaviləsinin olduğunu və yığmamızda uğur qazana bilməyəcəyini bildirib.

Qeyd edək ki, 50 yaşlı çalışdırıcı Xorvatiya millisi, "Hayduk", "Lokomotiv", "Beşiktaş" və "Vest Hem"in "sükanı arxası"nda olub. 2014/17-ci illərdə yığmamıza rəhbərlik edən Robert Prosineçki Xorvatiya millisində Biliçin köməkçisi olub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right