“Qarabağ”ın futbolçusu “Ərzurumspor”un maraq dairəsində

“Qarabağ”ın futbolçusu Con Delarj karyerasını Türkiyədə davam etdirə bilər.

Newsport.az-ın məlumatına görə, 28 yaşlı futbolçu superliqa klubunun maraq dairəsinə düşüb.

Onun xidmətində Türkiyə yüksək liqasına bu mövsüm vəsiqə qazanan “Ərzurumspor” klubu maraqlıdır. Ərzurum təmsilçisi futbolçuya 1,5 illik müqavilə təklif edib. “Qarabağ”dan ayrılacağı gündəmdə olan konqolu futbolçunun qardaş ölkə klubuna keçib-keçməyəcəyi yaxın günlərdə bəlli olacaq.

Delarj mövsümün əvvəlində Türkiyənin “Bursaspor” klubundan 70 min avroya “Qarabağ”a transfer olunub. Lakin futbolçu özünə bəslənilən ümidləri doğrulda bilməyib.

Qeyd edək ki, “Qarabağ”ın sabiq futbolçusu İbrahim Sehiç “Ərzurumspor”da çıxış edir.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right