"Keşlə"nin sabiq baş məşqçisi Belarus klubunu çalışdıra bilər

"Keşlə"nin sabiq baş məşqçisi Yuri Maksimovun işsiz günləri başa çata bilər.

Newsport.az-ın məlumatına görə, 50 yaşlı mütəxəssis Belarusun "Dinamo" (Brest) klubunu çalışdıra bilər. Ukraynalı mütəxəssis Brest təmsilçisinin baş məşqçisi olmağa əsas namizədlərdən biri hesab edilir. Klub rəhbərliyi son olaraq, Azərbaycanda işləmiş çalışdırıcı ilə danışıqlara başlayacaq.

Qeyd edək ki, Maksimov ötən mövsümün yarısında "Keşlə"yə gəlmişdi və ölkə kubokunu qazandırmışdı. O, yayda "Keşlə"dən ayrılmışdı.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right