PSJ-nin sabiq futbolçusu “Qarabağ”ın təklifini geri çevirdi

Fildişi Sahili milli komandasının sabiq üzvü Yannik Boli “Qarabağ”ın təklifini geri çevirib.

Newsport.az-ın məlumatına görə, 30 yaşlı hücumçu ABŞ-ın “Kolorado Rapids” klubundan ayrıldıqdan sonra son Azərbaycan çempionundan təklif alsa da, fərqli ölkəyə üz tutmağa qərar verib.  O, Tailandın “Ratçaburi” komandasına keçməyi üstün tutub. 

Fransada doğulan hücumçu artıq yeni klubu ilə münasibətlərini rəsmiləşdirib.  Onun sözləşməsinin detalları barədə məlumat verilməyib.

Qeyd edək ki, Boli Fransanın PSJ klubunun yetirməsidir. Futbolçu PSJ-nin əsas komandasının heyətində 4 oyun keçirib. Fildişi Sahilindən olan futbolçu karyerası ərzində “Havr”, “Nim”, “Çernomorets”, “Zarya”, “Anji” və “Dalian Lifanq” kimi klublarda oynayıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right