“Zirə” 2018-ci ildə: 30 oyuna cəmi 7 qələbə

Başa çatmaqda olan ildə “Zirə” komandası 30 rəsmi matça çıxıb.

Newsport.az-ın məlumatına görə, "qartallar” Premyer Liqada 28, Azərbaycan kubokunda 2 dəfə qüvvəsini sınayıb.

Çempionat oyunlarından 14-ü 2017/2018 mövsümünün ikinci, 14-ü isə 2018/2019 mövsümünün ilk yarısına təsadüf edib.

İl ərzində keçirdiyi 30 matçda "Zirə” 7 qələbə qazanıb, 9 heç-heçə edib və 14 dəfə məğlub olub. Kubokdakı qələbələri də hesablasaq 30 xal toplayan komanda 29 qol vurub, 43-nü buraxıb.

2018-ci ildə 32 futbolçu "Qartallar”ın heyətində meydana çıxıb. Adil Nağıyev hamıdan çox – 26, Vüsal İsgəndərli, Tellur Mütəllimov, Aleksandr Dedov isə hərəyə 24 dəfə şans qazanıb. Dedov həm də "Zirə”də 2018-ci ilin bombardiridir. Onun hesabında 6 qol var. Tellur Mütəllimovla Mirsahib Abbasov hərəyə 3 dəfə fərqləniblər. Ümumiyyətlə isə komandanın 16 futbolçusu qol sevindi yaşayıb.

2018-ci ildə "Zirə”yə iki baş məşqçi rəhbərlik edib. Ayxan Abbasov 16, Samir Abasov 14 görüşdə bu vəzifəni yerinə yetirib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right