Ukrayna millisinin üzvü "Qarabağ"a gəlməkdən imtina etdi

Yunanıstanın PAOK klubunun futbolçusu Yevgeni Xaçeridi "Qarabağ"dan aldığı təklifə müsbət yanaşmayıb. 

Newsport.az-ın məlumatına görə, Ukrayna millisinin müdafiəçisi karyerasını daha səviyyəli çempionatda davam etdirmək üçün Azərbaycan çempionatında oynamaqdan imtina edib. 

31 yaşlı müdafiəçiylə sabiq klubu Kiyev "Dinamo"su danışıqlar aparır. Ukrayna millisinin üzvünə Macarıstan və Rumıniya klubları da təklif göndərib.

Müdafiəçinin PAOK-la 2021-ci ilin yayına kimi müqaviləsi var. Onun transfer qiyməti 2,5 milyon avro dəyərindədir.

Qeyd edək ki, Xaçeridi PAOK-a yayda Kiyev "Dinamo"sundan keçib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right