"Qarabağ"ın maraq dairəsində olan futbolçu "Dinamo" ilə danışıqlar aparır

"Qarabağ"ın maraq dairəsində olan ukraynalı futbolçu Yevgeni Xaçeridi karyerasını ölkəsində davam etdirə bilər.  

Newsport.az xəbər verir ki, 31 yaşlı futbolçu Kiyev "Dinamo”su ilə danışıq aparır. Arxa xətt oyunçusu ağdamlılarla yanaşı, Macarıstan və Rumıniya təmsilçilərinin də diqqət mərkəzinə düşüb.

Xaçeridi yayda məhz "Dinamo”dan PAOK-a azad agent qismində keçib. Lakin əsas heyətdə möhkəmlənməyi bacarmayıb. 

Qeyd edək ki, o, 2009-cu ildən dəvət aldığı Ukrayna millisində 50-dən çox oyun keçirib, 3 qol vurub.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right