Almeydaya 1,5 milyon avro qiymət qoyuldu

Almaniyanın Transfermarket.de saytı Qazaxıstan Premyer Liqasında futbolçuların qiymətləri yeniləyib. Newsport.az xəbər verir ki, "Astana"da çıxış edən Azərbaycan millisinin futbolçusu Riçard Almeyda da var.

Belə ki, 29 yaşlı milliləşdirilən yarımmüdafiəçi 1,5 milyon avroyla "TOP-10"da 9-cu pillədə yer alıb.

Ümumiyyətlə, siyahıda daha çox "Astana"nın 7, "Kayrat"ın 3 futbolçusu yer alıb. "Qarabağ"ın braziliyalı digər sabiq yarımmüdafiəçisi Pedro Enrike 2,8 milyon avroyla siyahıda 2-ci pillədə gedir. Ən bahalı futbolçu da "Astana"lı - 3 milyon avroyla Marin Tomasovdu.  





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right