Qanalı futbolçular Antalyada: Azərbaycan klublarını gözləyirlər

Türkiyənin Antalya şəhərində qış fasiləsində 1500 klubun təlim-məşq toplanışında olacağı gözlənilir.

Newsport.az xəbər verir ki, 19-24 yaş arasında olan 22 qanalı oyunçu artıq Antalyada 3 aydır ki, məşq edir. Afrika qitəsindən gələn oyunçular digər ölkələrin klubların transfer olmaq üçün bu addımı atıblar. Oyunçuların agenti Mehmet Ali Gülboğa Qanadan gətirilən futbolçular barədə açıqlama verib: "Qananın "Sondisko" klubunun futbolçularını Antalyaya gətirdim. Şəhərdə bir çox yerli və xarici klubların toplanışı olur. Bu futbolçuları da yerli və ya xarici klublara satmaq üçün belə bir addım atdıq. Məşqlər davam edir. Yanvar ayında transferləri də baş tutacaq. Bu futbolçular Rusiya, Qazaxıstan, Azərbaycan, Almaniya, Belçika kimi ölkələrin klublarına getməyə çalışacaq. Onların maaşları çox ucuzdur. Onların istəyi Avropada karyera qurmaqdır. Ucuz qiymətə istedadlı futbolçu almaq istəyən klub rəsmiləri onları yaxından izləyə bilər".

Qeyd edək ki, Topaz Premyer Liqasında mübarizə aparan 8 klub Antalyada toplanış keçəcəyini açıqlayıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right