Ufuk Budakın komandası kubokda mərhələ adladı

Futbol üzrə Türkiyə Kubokunda 5-ci təsnifat mərhələsinin cavab oyunları keçirilir. Newsport.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Ufuk Budakın formasını geyindiyi “Boluspor” da bu turnirdə növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Van Bələdiyyəspor”la qarşılaşıb. Dörd qolun vurulduğu qarşılaşmada qalib müəyyənləşməyib. Buna baxmayaraq, futbolçumuzun komandası ilk oyunda qazandığı 5:1 hesablı qələbə sayəsində növbəti mərhələyə yüksəlib.

Ufuk bu görüşün iştirakçısı olmayıb. Baş məşqçisi, digər əsas heyət oyunçuları kimi, Budaka da aşağı liqa təmsilçisi ilə görüşdə istirahət verib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right