“Qarabağ” Gürcüstanda darmadağına sevindi

“Qarabağ”ın 12 yaşadək futbolçulardan ibarət komandası Gürcüstanda təşkil olunan “Bendela Cup” turnirində iştirak edir.

Newsport.az klubun sosial şəbəkə hesabına istinadən xəbər verir ki, Ağdam təmsilçisi artıq bu turnirdə iki oyun keçirib. İlk olaraq “35 nömrəli Futbol Məktəbi”ylə 3:3 hesablı heç-heçə edib.

Qrupun ikinci matçında isə “Qarabağ” “Saburtalo-2” komandasını 6:2 hesabıyla məğlub edib.

Turnirdə "Qarabağ"la yanaşı, Gürcüstan və Qazaxıstanın komandaları da iştirak edir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right