Musa Qurbanlıdan het-trik, millimiz 8 qolla qalib gəldi

Bu gün 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması təlim-məşq toplanışı çərçivəsində son oyununu keçirib.

 

Newsport.az xəbər verir ki, Vüqar Məmmədin rəhbərlik etdiyi kollektiv Region Liqasında çıxış edən “Tufan”a 8:0 hesabı ilə qalib gəlib.

 

Yığmanın heyətində “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun oğlu Musa Qurbanlı het-trik edib. Vəli Məmmədovla Tural Bayramlının hərəyə 2 qol vurduğu oyunda Rüfət Abdullazadə də fərqlənib.

 

Yığma bununla da təlim-məşq toplanışını başa vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right