Məşhur şirkət "Sumqayıt"a sponsor oldu

"Sumqayıt" dünyaca məşhur "STATSports" şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb.

 

Newsport.az xəbər verir ki, bu barədə klub rəsmi saytı vasitəsilə məlumat yayıb. Müqavilənin şərtlərinə əsasən, "gənclik şəhəri" təmsilçisi sözügedən şirkətin xidmətindən istifadə edəcək. Bunun müqabilində isə oyun geyimlərinin qol nayihəsində həmin şirkətin tanınma nişanı yer alacaq. Müqavilə 2019-cu ilin sonuna qədər nəzərdə tutulub.

 

Qeyd edək ki, "Yuventus", "Roma", "Mançester Yunayted", "Mançester Siti", PSJ, "Liverpul" və "Tottenhem" kimi Avropa nəhəngləri məhz "STATSports"la əməkdaşlıq edir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right