"Sumqayıt" və "Zirə" yarımfinalda

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab oyunları start götürəcək. Newsport.az xəbər verir ki, ilk gündə iki yarımfinalçının adına aydınlıq gələcək. 

Əvvələcə “Zirə” "Səbail”i qəbul edəcək. Bu komandalar arasında ötən həftə "Dalğa Arena”da keçirilmiş görüş qəsəbə təmsilçisinin qələbəsi ilə yekunlaşıb.

Günün digər qarşılaşması Sumqayıtda olacaq. Bu şəhərin eyni adlı təmsilçisi "Neftçi” ilə üz-üzə gələcək. Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv ilk oyunda inamlı və bir o qədər də gözlənilməz qələbə qazanıb.

Qeyd edək ki, 1/4 finalın digər iki oyunu sabah keçiriləcək: "Sabah” "Qəbələ”ni, "Keşlə” isə "Qarabağ”ı qəbul edəcək.

Azərbaycan Kuboku
1/4 final, cavab oyunları
19 dekabr

Səbail - Zirə 2:3 

Qol: Adrian Skarlatake, 3 (avtoqol), Ruslan Qurbanov, 83 - Adil Nağıyev. 45+3,73, Pərdis, 63

Hakimlər: Rəvan Həmzəzadə, Yaşar Abbasov, Knyaz Əmiraslanov, Rəşad Əhmədov.
Bakı. "Bayıl Arena”, 16:00.
İlk oyun - 0:1.

Sumqayıt - Neftçi - 0-1

Qol: Namiq Ələsgərov, 42
Hakimlər: Orxan Məmmədov, Namiq Hüseynov, Cavanşir Yusifov, Nicat İsmayıllı
Sumqayıt. “Sumqayıt Arena”, 19:00.
İlk oyun - 2:0.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right