Azərbaycan kubokunun 1/4 final mərhələsində "Zirə" səfərdə "Səbail"in qonağı olacaq.
Newsport.az-ın məlumatına görə, "qartallar" oyundan öncə son məşqini keçirib. Samir Abasovun rəhbərlik etdiyi kollektiv matçın keçiriləcəyi "Bayıl Arena"da hazırlıq keçiblər.
Paytaxt təmsilçisinin heyətində sözügedən görüşdə yalnız Anar Nəzirov çıxış edə bilməyəcək. "Səbail"də isə cəzalı Tome Kitanovski qarşılaşamanı buraxmalı olacaq.
Qeyd edək ki, "Səbail" - "Zirə" matçı sabah saat 16:00-da "Bayıl Arena"da keçiriləcək. İlk oyunda "Zirə" rəqibinə 1:0 hesabı ilə qalib gəlib.