Prosineçkinin milli məsələsiylə bağlı son məlumat

Bağırsaq problemləri səbəbindən ikinci dəfə əməliyyat olunan Bosniya və Herseqovina yığmasının baş məşqçisi Robert Prosineçki bu gün evə buraxılıb.

Newsport.az-ın məlumatına görə, Sarayevodakı klinik mərkəzdə əməliyyat edilmiş mütəxəssisin vəziyyəti normaldır. Bosniya və Herseqovina mətbuatı Prosineçkinin AÇ-2020-nin seçmə mərhələsində milli komandanın "sükanı arxası"nda olacağını yazıb.

Qeyd edək ki, Prosineçki 2014-2017-ci illərdə millimizi çalışdırıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right