Bu da sizin Region Liqa: Qapıçı oyunu əlcəksiz keçirdi

Qalmaqallarla zəngin olan Region Liqasında maraqlı məqam yaşanıb.

Newsport.az-ın məlumatına görə, yarışın Şimal-Qərb və Qərb zonasının 9-cu turunda baş tutan “Göyəzən” – “Şəki” (4:1) qarşılaşması diqqətdən qaçmayıb. Oyunda qonaq komandanın qapıçısı matçı əlcəksiz keçirib. Bu isə Region Liqada yarışın yaxşı təşkil edilməməsini və klubların diqqətdən kənar qaldığını göstərir.

Qeyd edək ki, AFFA-nın baş katibi Elxan Məmmədov İcraiyyə Komitəsinin iclasından sonra açıqlamasında Region Liqasını uğurlu layihə adlandırmışdı. Ancaq görünən odur ki, süni şəkildə reklam edilən turnirdə futbolçular heç geyimlə də təmin edilmirlər.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right