“Keşlə”nin uğursuz yubileyi

“Keşlə” Azərbaycan kubokunda 25-ci məğlubiyyətini alıb. 

Newsport.az-ın məlumatına görə, bu uğursuz yubiley 1/4 final mərhələsinin “Qarabağ”la ilk oyununda gerçəkləşib.

Əvvəllər “Xəzər Universiteti” və “İnter” adları altında çıxış etmiş paytaxt təmsilçisi kubokda 96-cı oyununda 25-ci yenilgisini alıb.

Hesabında 49 qələbə olan “Keşlə” 50-ci uğurunu cavab qarşılaşmasında əldə etməyə çalışacaq. Hesabında 22 heç-heçə də olan bakılılar 158 qol vurub və 95-ni buraxıb. “Keşlə”nin 25 məğlubiyyətindən 8-i evdə, 14-ü səfərdə, 3-ü neytral meydanda qeydə alınıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right