“Neftçi” Mezzotero ilə yeni müqavilə bağladı

“Neftçi” PFK U-13 komandasının futbolçusu Lorenzo Mezzotero ilə 2019-cu il fevralın 7-də bitməli olan müqavilənin müddətini artırıb. 

Newsport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 11 yaşlı hücumçu 2022-ci il fevralın 7-dək bu komandanın formasını geyinəcək. 3 illik anlaşmanın şərtlərinə görə, italiyalı futbolçu Azərbaycanda "Neftçi”dən başqa heç vaxt heç bir klubda çıxış edə bilməz.

Qeyd edək ki, 2017-ci ilin fevralından "Neftçi”nin formasını geyinən Lorenzo Mezzotero aşağı yaş qrupu üzrə komandalarının heyətində çempionluq və bombardirlik sevinci yaşayıb, ən yaxşı futbolçu seçilib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right