Hakimi söyən məşqçiyə 5, futbolçuya 4 oyunluq cəza verildi

AFFA-nın İntizam Komitəsi qurumun bayrağı altında keçirilən müxtəlif yarışlarda təhqirə yol verənlərlə bağlı qərarlarını açıqlayıb. 

Newsport.az xəbər verir ki, Region Liqasının “Ağsu Siti” – “İmişli” oyununda qonaqların futbolçusu Allahverdi Fərzəliyev hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb.

U-17 Liqasının “Səbail” – “Xəzər Lənkəran” matçında isə qonaqların futbolçusu Məhəmməd Ağazadə “fərqlənib”. O, hakimi təhqir etdiyinə görə 4 oyun cəza alıb.

U-15 Liqasının “Qarabağ” – “Zirə” görüşündə isə qonaqların oyunçusu Mahmud Ağayev rəqibi təhqir edib. Onun cəzası 2 matçdan ibarət olub.

Futzal üzrə Azərbaycan çempionatının İkinci Liqasının “Hicran”  – “Obolon” matçında isə baş məşqçi diqqət mərkəzinə düşüb. Nominal meydan sahibinin çalışdırıcısı Elşən Ağaverdiyevin hakimi təhqir etməsi ona ağır başa gəlib. Məşqçi 5 oyun cəzalanıb.

 
 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right