Məşqçilərə diplom və sertifikatlar verildi FOTOLAR

AFFA-nın Futbol akademiyasında UEFA-nın Pro kateqoriyalı məşqçi kurslarını müvəffəqiyyətlə başa vuran mütəxəssislərə müvafiq diplom və sertifikatlar verilib.

Newsport.az-ın məlumatına görə, diplom və sertifikatları AFFA-nın Məşqçilər Komitəsinin sədri, İcraiyyə Komitəsinin üzvü Vaqif Sadıqov, texniki direktor Bernhard Lippert və kursların təlimatçısı Aslan Kərimov təqdim edib.

Rəşad Sadıqov, Elçin Rəhmanov, Samir Abasov, Mahmud Qurbanov, Zaur Həşimov, Elşad Əhmədov, Siyasət Əsgərov və Ramin Quliyev Pro kateqoriyası alan mütəxəssislərdir.

 

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right