Zlatan İbrahimoviç yekun qərarını verdi

ABŞ-ın "Los-Anceles Qalaksi" klubunda çıxış edən Zlatan İbrahimoviç klubdan ayrılmayacağını açıqlayıb.

Newsport.az-ın məlumatına görə, 37 yaşlı forvard sosial şəbəkə hesabında klubunun qısa adını "LA" və öz adını birləşdirərək, "zLAtan" yazaraq, paylaşıb. İsveçli futbolçu "MLS, səninlə hələ işim bitməyib" sözlərini də əlavə edib. Bununla da, İbrahimoviç Avropaya qayıdacağı ilə bağlı iddialara son qoyub.

Qeyd edək ki, Zlatan İbrahimoviç "Los-Anceles Qalaksi"də 27 oyuna 22 qol vurub, 7 assist edib





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right