Renat Dadaşov qol vurdu, komandası qalib gəldi

Futbol üzrə Portuqaliya Sequndasında 13-cü turun oyunları keçirilib.

Newsport.az xəbər verir ki, Azərbaycan yığmasının futbolçusu Renat Dadaşovun formasını geyindiyi "Eştoril” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Farense” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 1:0.

Dadaşov da bu oyunun iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb.

Komandasına qələbə qazandıran qolu da məhz Renat vurub. O, 87-ci dəqiqədə rəqib qapısına yol tapıb. 67-ci dəqiqədə isə futbolçumuz sari vərəqə ilə cəzalanıb.

“Eştoril” 13 turdan sonra 26 xalla 18 kollektiv arasında 2-ci pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right