Tərlan Əhmədov: "Qarabağ" səddini keçə bilərik"

"Geridə qalan oyunlarda bəzi səhvlərə yol vermişdik. Ona görə bu gün kompakt futbol oynayaraq, rəqibi əks-hücumda yaxalama çalışdıq. Belə oyunlarda futbolçular daha diqqətli olmalıdırlar".

Newsport.az-ın məlumatına görə, bu sözləri "Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində "Qarabağ"a məğlub olduqları matçı dəyərləndirərkən deyib.  

Təxrübəli mütəxəssis cavab oyununa yaxşı hazırlaşacaqlarını bildirib: "Bir səhv görüşün taleyini həll etdi. Qarşıda cavab oyunu var. Cütün taleyi cavab qarşılaşmasında həll olunacaq. Daha diqqətli oyun sərgiləməyə çalışacağıq". 

- Rəqibin "Qarabağ" olduğunu nəzərə alsaq, bu məğlubiyyətin əvəzini cavab görüşündə çıxmaq mümkündür?

- Mümkünsüz heç nə yoxdur. Məəğlub olsaq da, daha yaxşı oynayıb qələbə qazanmağa çalışacağq. 

- Klubun Müşahidə Şurasının sədri Zaur Axundov sanki hakim idarəçiliyindən razı qalmamışdı. 

- Cərimə zərbəsi təyin edəndə məsafə 9,15 metr olmalıdır, 12 metr yox. Gənc hakimlər təyinat alırlar. Bu da oyuna təsir edir. Adi toxunuşa fit çalanda temp aşağı düşür. Narazılıq varsa, boşuna olmaz. 

- Ayite əvəzlənəndə narazı görünürdü. Bu, nədən irəli gəlir?

- Bilmirəm, qaranlıq məsələdir. Araşdıracağıq, nəyə görə narazılıq etdiyini özündən soruşacağıq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right