Qurban Qurbanov: "Orada oynamaq həqiqətən də ağırdır"

"Çətin oyun olacağını bilirdik. Yorğunluq hiss olunurdu. Nəticə və oyundan razı qaldım".

Newsport.az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində doğma meydanda "Keşlə"ni məğlub etdikləri matçı dəyərləndirərkən deyib.  

Təcrübəli çalışdırıcı cavab oyununa ciddi hazırlaşacaqlarını bildirib: "Keşlə" kubok oyunlarında çox fərqli oyun sərgiləyir. Çempionat və kubok oyunları fərqlidir. Cavab oyununda daha diqqətli olmalı, daha çox mübarizə aparmalıyıq. Görüşə tam hazır olmağa çalışacağıq".  

- Rəqibin 4 müdafiəçi ilə oynaması nə dərəcədə gözlənilməz oldu?

- Bu gün belə oynayacaqlarını gözləyirdim. Çempionat oyununda da belə taktika ilə meydana çıxmışdılar. Düzü, biz 5-li müdafiəyə hazırlaşmışdıq. 

- Cavab oyunu süni örtüklü meydanda keçiriləcək. Bu, sizə problem yarada bilər?

- Orada oynamaq həqiqətən də ağırdr. Belə meydanlarda kiçik zədələrdən narahat olmuşam. Amma hazırda nəsə düşünməyə vaxtımız yoxdur. Futbolçular, əksinə, bu çətinliyi göz önünə gətirib maksimum hazırlıq keçməlidirlər.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right