"Onlar "Sabah"ın sabahıdır" - Elşad Əhmədov

"Oyun gərginliyi ilə yadda qaldı. İkinci hissənin sonunda qol imkanlarımız oldu, ancaq bundan istifadə edə bilmədik. Bu, öz günahımızdır. İlk hissənin sonuna yaxın boşluq verdik, rəqib bundan yaralandı. İkinci hissədə daha maraqlı matç alındı. Cavab görüşündə daha yaxşı oynayıb mərhələ keçmək istəyirik".

Newsport.az-ın məlumatına görə, bu sözləri "Sabah"ın baş məşqçisi Elşad Əhmədov Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk matçında "Qəbələ"yə 0:1 hesabıyla uduzduqları səfər qarşılaşmasından sonra mətbuat konfransda deyib.

- Səfərdə qol lazım olduğu halda, iki gənc futbolçunu - Şakir Seyidovla Emil Qasmovu meydana buraxdınız. Bu anlaşılmaz qərarınız nə ilə bağlı idi?

- Onlara digər futbolçular kimi inanıram. Şakirin qol vəziyyəti oldu. Niyə də inanmayaq ki? Gənclərə şans vermək istəyirik. Onlar "Sabah"ımızın sabahıdır.
 
- Qış transfer dövründə bol transfer gözləməyə dəyər?

- Bol, yox, bizə 1-2 futbolçu lazımdır. Hücumda problemimiz var. Marko Deviç zədəli olanda çətinliklə üzləşirik. Ön xətdə dəyişiklik olması gözlənilir.
 
- Cavid İmmardiyev kapitan olsa da, göründüyü kimi, lider deyil...

- Razı deyiləm. Elə matçlar olur ki, zəif oynayır. Ancaq həlledici məqamlarda səhnəyə çıxdığı anlar olur. Cavidə inanırıq.
 
- Futbolçularınız oyun boyu sürüşürdü. Bu, nə ilə bağlı idi?

- Meydançada ot qısa idi. Dünən burada yox, ehtiyat meydançada məşq etdik. Əsas meydançanı hiss etməyimiz, uyğunlaşmağımız lazim idi. Futbolçularımıza demişdik ki, ehtiyat butslarınızı götürün. Keçən dəfə Qəbələdəki oyunda da belə çətinliklə üzləşmişdik. Göründüyü kimi, "Qəbələ"nin futbolçuları sürüşmürdü.
 
- Mərhələ keçmək şansınız indi nə qədərdir?

- Oyundan əvvəl bərabər idisə, indi 60-40 faiz "Qəbələ"nin xeyrinədir.(Sportnet.az)





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right