U-15 Liqası: Mərkəzi oyun "Şəfa"da

Bu gün və sabah U-15 Liqasında 12-ci turun oyunları keçiriləcək. Turun mərkəzi oyunu «ASK Arena»nın 4-cü meydanında baş tutacaq. Belə ki, «Keşlə» liderlər qrupunda yer alan «Qəbələ»ni qəbul edəcək. Bu tura kimi məğlub olmayan və qapısında cəmi 1 top görən «Qəbələ» oyunun favoriti sayılsa da, iddialı «Keşlə»nin də qalib gələcəyi gözləniləndi. 

 

12-ci turun təqvimi belədir:

12-ci tur
15 dekabr (şənbə)

 

14:00 «Keşlə» - «Qəbələ» («ASK Arena», 4-cü meydan)
15:30 «Neftçi» - «Neftçi» İK İB (Binə qəsəbə stadionu)
15:30 «Sabah» - İsgəndər Cavadov BFA («Neftçi Baza»)
17:00 «Səbail» - «Xilə» («Bayıl Arena»)

 

16 dekabr (bazar)

 

14:00 «Sumqayıt» - «Mil-Muğan» (Sumqayıt, «Kapitalbank Arena»)
14:00 Gəncə TİM – «Zaqatala» (Gəncə TİM-nin meydanı)
15:30 «Qarabağ» - «Zirə» («Sərhədçi» OİK-nin meydanı)

 

Cəza səbəbindən turu 2 futbolçu buraxacaq: Uğur Abbasov (İsgəndər Cavadov BFA), Şahmar Aşurov («Sabah»).

 

Bombardirlər: Şahmar Aşurov («Sabah»), Oruc Məmmədov («Neftçi») – 23 qol.

 

«Het-trik news» qəzeti

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right