AFFA Ceyhun Sultanovun cəzasını yüngülləşdirdi

AFFA-nın Apellyasiya Arbitraj Tribunalının iclası keçirilib. 

Newsport.az-ın məlumatına görə, yığıncaqda  “Neftçi” klubu tərəfindən verilmiş apellyasiya şikayətinə baxılıb.

Paytaxt təmsilçisinin müraciətinin təmin edilməsi qərara alınıb.

İntizam Komitəsinin bakılıların idman direktoru Ceyhun Sultanovla bağlı qərarı yüngülləşdirilib. Topaz Premyer Liqasının XIII turunun “Sabah” – “Neftçi”  oyunundan sonra kütləvi informasiya vasitələrində hakimlər haqqında təhqiredici ifadələr işlədən klub rəsmisinin cəzası ikiqat azaldılıb. Sultanovun cəzalandırıldığı oyun sayı 10-dan 5-ə, kluba tətbiq olunan cərimə 16000 manatdan 8000 manata endirilib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right