Ərsun Yanal “Fənərbaxça”ya görə Azərbaycan millisindən imtina edib

“Fənərbaxça”nın yeni baş məşqçisi Ərsun Yanalla bağlı yeni iddia yayılıb.

Newsport.az xəbər verir ki, 56 yaşlı mütəxəssis Azərbaycan millisini çalışdırmaqla bağlı AFFA-dan təklif alıb. Bu barədə Türkiyənin “A Spor” məlumat yayıb. İddiaya görə, Yanalın aldığı təkliflər arasında Azərbaycan variantı da olub. Ancaq “Fənərbaxça”dan dəvət alan çalışdırıcı sabiq komandasına qayıtmağı üstün tutub.

Qeyd edək ki, Ərsun Yanal İstanbul klubu ilə 1,5 illik müqavilə imzalayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right