“Traktorsazi” Təbrizdə uduzdu

Futbol üzrə İran çempionatında 15-ci turun oyunları keçirilib.

Newsport.az xəbər verir ki, Cənubi Azərbaycanı təmsil edən “Traktorsazi” də növbəti matçına çıxıb.

Təbriz klubu doğma meydanda “Fulad Xuzistan” ilə qarşılaşıb. “Xəzər Lənkəran”ın sabiq baş məşqçisi, uelsli mütəxəssis Con Toşakın çalışdırdığı “traktorçular” bu oyundan məğlubiyyətlə ayrılıb - 1:2.

Təbrizin digər təmsilçisi - “Maşinsazi” isə bu turda səfərdə “Padideh”lə heç-heçəyə razılaşıb - 2:2.

Hazırda “Traktorsazi” 16 iştirakçı arasında 26 xalla 4-cü pillədə qərarlaşıb. “Maşinsazi” isə 14 xalla 13-cüdü.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right