"Neftçi" uduzdu, "Zirə" qalib gəldi Yenilənib

Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinə start verilib.

Newsport.az-ın məlumatına görə, ilk oyunlar çərçivəsində 2 qarşılaşma baş tutub.

Mərhələ “Dalğa Arena”da başlayıb. Çempionatın autsayderi “Zirə” avrokuboklar iddiasında olan “Səbail”i sınağa çəkib. Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu İlkin Muradov vurub. 

Günün digər görüşü “Balcell Arena”da keçirilib. Azərbaycan Premyer Liqasının lideri “Neftçi” “Sumqayıt”ı qəbul edib. Son turda rəqibinə xal verən ağ-qaralar” bu dəfə də "kimyaçılar" qarşısında aciz qalıb. Roberto Bordinin komandası 0:2 hesabı ilə məğlub olub.

Qeyd edək ki, ilk oyunlara sabah keçiriləcək “Qəbələ” – “Sabah” və “Qarabağ” – “Keşlə” matçları ilə yekun vurulacaq.

15 dekabr (şənbə)

 

Azərbaycan kuboku

1/4 final, ilk oyunlar

19:00. “Neftçi” – “Sumqayıt” - 0:2
Qollar:
Əli Babayev, 28-pen, Şəhriyar Əliyev,45+4
Qırmızı vərəqə: Anton Krivotsyuk, 88 ("Neftçi")
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Akif Əmirəli, Səbuhi Bayramov
Bakcell Arena.

17:00. “Zirə” – “Səbail” - 1:0
Qol: 
İlkin Muradov, 45
Reallaşdırılmayan penalti: Mirsahib Abbasov, 79 ("Zirə") - qapıçı
Qırmızı vərəqə:  Tome Kitanovski, 33 ("Səbail")
Hakimlər: Alik Yunusov, Mübariz Haşımov, Rahil Ramazanov, Kamal Umudlu
Dalğa Arena.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right