De Byaziylə bağlı yeni iddia

Millimizin baş məşqçisi postuna namizəd olan Canni de Byazi ilə bağlı İtaliya mətbuatında yeni iddiaya ortaya atılıb.

Newsport.az xəbər verir ki, 1 ildir ki, işsiz qalan mütəxəssisin yığma komandamızla yanaşı, Polşa və Ermənistan millilərinin də baş məşqçi postuna namizəd göstərilir. Bundan əlavə, İtaliya B Seriyasında çıxış edən "Fodja" klubunun da "sükanı arxası"na keçməyə namizəd göstərilib. Çempionatın autsayderi De Byazi ilə yanaşı, Delio Rossi ilə də maraqlanır.

De Byazi İtaliyanın bir neçə klubunu çalışdırıb. O, 2011-2017-ci illərdə Albaniya millisinin "sükanı arxası"nda olub. Mütəxəssis komandanı tarixində ilk dəfə Avropa çempionatının final mərhələsinə çıxarmışdı. 62 yaşlı çalışdırıcı son olaraq, 2017-ci ildə İspaniyanın "Alaves" klubunu çalışdırıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right