"Qarabağ"ın qapıçısının əlcəyi FIFA-nın muzeyinə qoyulacaq

Qarabağ"ın və İslandiya milli komandasının qolkiperi Hannes Halldorssonun əlcəyi FIFA-nın muzeyinə göndərilib.

Newsport.az-ın məlumatına görə, İslandiya mətbuatında yer alan xəbərə görə, DÇ-2018-də Argentina ilə matçda (1:1) Lionel Messinin penaltisini dəf edən qapıçının həmin görüşdə geyindiyi əlcək ali futbol qurumunun muzeyinə qoyulacaq. Həmin oyundan sonra daha da məşhurlaşan 34 yaşlı çərçicə qoruyucusunun şərəfinə vətəni İslandiyada heykəl ucaldılacaq.

Qeyd edək ki, Halddorson yayda Danimarkanın "Randers" klubundan "Qarabağ"a transfer olub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right