“Qarabağ” onunla yolları ayırır – qışda gedəcək

Qış fasiləsində “Qarabağ”dan göndəriləcək ilk futbolçu müəyyənləşib.

Newsport.az-ın məlumatına görə, mövsümün əvvəlində “Bursaspor”dan transfer olunan Con Delarjla müqaviləyə xitam veriləcək. Konqolu hücumameylli yarımmüdafiəçinin çıxışı Qurban Qurbanovu qane etmədiyindən baş məşqçinin onun komandada qalmasında maraqlı olmadığı bildirilir.

28 yaşlı futbolçu özü də bu gün açıqlamasında qış fasiləsində “Qarabağ”dan ayrıla biləcəyini istisna etməyib.

Qeyd edək ki, “Qarabağ” Delarja görə “Bursaspor”a 170 min avro təzminat ödəmişdi. Onunla 2+1 illik müqavilə imzalanıb.

qol.az





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right