Qurban Qurbanovun Londondakı konfransının vaxtı açıqlandı

"Qarabağ" Avropa Liqasının qrup mərhələsinin son turunda səfərdə "Arsenal"ın qonağı olacaq.

Newsport.az xəbər verir ki, Ağdam klubu bu gün matçın hazırlıqlarını tamamlayacaq. Yerli vaxtla saat 19:00-da (Bakı vaxtıyla 23:00) futbolçular qarşılaşmanın keçiriləcəyi "Emreyts"də son məşqə çıxacaq. Komandanın baş məşqçisi Qurban Qurbanov son məşqdən 30 dəqiqə öncə isə media mənsublarının suallarını cavablandıracaq.

Qeyd edək ki, "Arsenal" - "Qarabağ" oyunu dekabrın 13-ü Bakı vaxtı ilə 00:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right